...

Rafael Cəbrayılovun növbəti izdihamlı görüşü (FOTO)

Seçki 2015 Materials 23 Oktyabr 2015 15:54 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Rafael Cəbrayılovun Şirvan şəhər sakinlləri ilə növbəti görüşü “Şirvan” kinoteatrında baş tutub.
Rafael Cəbrayılovun növbəti izdihamlı görüşü (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Rafael Cəbrayılovun Şirvan şəhər sakinlləri ilə növbəti görüşü "Şirvan" kinoteatrında baş tutub.

510 nəfərdən ibarət seçicinin iştirakı ilə keçirilən görüşdə zalda sakinlər tərəfindən izdiham yaşanıb. Görüşdə namizədlə yanaşı, vəkillərindən Dürsədəf Babayeva, Gülağa Mürsəlov və Dilarə Əliyeva də iştirak edib.

Vəkilləri R.Cəbrayılov haqqında xoş xatirələrdən və seçki platformasından bəhs etdikdən sonra şirvanlı olaraq şirvanlıya dəstək olmağa səsləyiblər.

R.Cəbrayılov seçiciləri səmimiyyətlə salamlayıb. Çıxış edən vəkillərinə və zalda yaşanan izdihama görə bütün seçicilərə minnətdarlığını bildirib. Şirvanda böyüyən bir insan kimi Şirvan şəhərinin və şirvanlıların daima təəssübkeşliyini çəkdiyini bildirib. Hər kəsi seçkiyə dəvət edən namizəd layiqli namizədin seçiləcəyinə əmin olduğunu bildirib.

R.Cəbrayıov haqqında ürəkdolusu danışan şəhər sakinləri onun daima xalqın qeydinə qaldığını, Binəqədinin deputatı olduğu müddətdə də hər zaman şirvanlılara qarşı xüsusi həssaslıq göstərdiyini bildiriblər.

Bütün şirvanlılar R.Cəbrayılova səs verərək ona etimad göstərəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti