...

Ekspert: ATƏT Azərbaycanda keçiriləcək seçkilərdən təzyiq göstərmək məqsədilə istifadə etməyə çalışır

Seçki 2015 Materials 27 Oktyabr 2015 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Səba Ağayeva/

ATƏT Azərbaycanda keçiriləcək seçkilərdən hakimiyyətə təzyiq göstərmək mexanizmi kimi istifadə etməyə çalışır. Trend-in məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Stanislav Pritçin "Azərbaycan parlament seçkiləri ərəfəsində" mövzusunda keçirilən Moskva-Bakı video-körpüsü zamanı deyib.

O bildirib: "Yəqin ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiyasının ölkədə seçkilərin gedişini müşahidə etməkdən imtina etməsi postsovet məkanı üçün presedentdir. Sanki Büro seçkiləri müşahidə etmək üçün faktiki olaraq yeganə beynəlxalq institutdur. Buna görə də ATƏT-in bu seçkilər üzrə qiymətləndirmələrinin hansı formada və hansı əsasda aparılacağını proqnozlaşdırmaq olduqca çətindir".

S.Pritçin qeyd edib ki, ilkin hesablamalara görə, Azərbaycanda seçkilərdən təzyiq məqsədilə mexanizm kimi istifadə etməyə çalışan bu struktur tərəfindən tənqid gözləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti