...

Estoniyalı müşahidəçi: "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir"

Seçki 2015 Materials 1 Noyabr 2015 14:16 (UTC +04:00)
Azərbaycanda bugün keçirilən parlament seçkilərində seçicilərin fəallığı kifayət qədər yüksəkdir.
Estoniyalı müşahidəçi: "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir"

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycanda bu gün keçirilən parlament seçkilərində seçicilərin fəallığı kifayət qədər yüksəkdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Estoniyadan olan müşahidəçi Uno Silberq deyib.

Onun sözlərinə görə, bu seçki Azərbaycan üçün çox önəmlidir: "Biz bu prosesi yaxından izləyirik. Hesab edirəm ki, seçki prosesi kifayət qədər yaxşı təşkil olunmuşdur. Seçicilərin fəallığı kifayət qədər yüksəkdir. Biz bir çox seçici ilə ünsiyyətdə olduq və bizə seçki kampaniyasının ədalətli təşkil olunduğu bildirildi. Müxtəlif siyasətçilər bu prosesdə bərabər rəqabət aparırlar".

Seçki proseslərini izləmək üçün bir neçə dəfə Bakıda səfərdə olduğunu deyən müşahidəçi hesab edir ki, Azərbaycanda seçki prosesi keçdikcə daha da mükəmməlləşir: "İnanıram ki, burada demokratiya yaxşı səviyyədədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti