...

Şamaxı İcra Hakimiyyəti: Püskürən palçıq vulkanının yaşayış məntəqəsinə təhlükəsi yoxdur

Gündəm Materials 16 Yanvar 2018 16:08 (UTC +04:00)
Şamaxı rayonunun Quşçu kəndində püskürən palçıq vulkanının əhaliyə və əkin sahələrinə hüç bir təhlükəsi yoxdur.
Şamaxı İcra Hakimiyyəti: Püskürən palçıq vulkanının yaşayış məntəqəsinə təhlükəsi yoxdur

Bakı. Samir Əli - Trend:

Şamaxının Quşçu kəndində püskürən palçıq vulkanının əhaliyə və əkin sahələrinə heç bir təhlükəsi yoxdur. Bu barədə Trend-ə açıqlamasında Şamaxı İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib.

Qurum sözçüsü bildirib ki, əraziyə baxış keçirilib və proses nəzarətdə saxlanılır: "Həcminə görə çox kiçik vulkandır. Həmin ərazidə ildə bir dəfə belə püskürmə olur və heç bir təhlükəsi yoxdur. Bir neçə gün əvvəl də belə bir hadisə olub, palçıq vulkanı püskürüb. Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Nazirlik də, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı da məsələni nəzarətdə saxlayır. Hazırda vulkanda hər hansı bir aktivlik, təhlükə hiss olunmur".

R.Əliyev bildirib ki, püskürən vulkan kəndin yaşayış sahəsindən təxminən 300-400 metr kənardadır.

Şamaxı Quşçu kənd icra nümayəndəsi Bəşir Bəhramov isə Trend-ə bildirib ki, hazırda vulkanın ətrafındakı 1 hektar ərazidə təsərrüfat işləri görülmür: "Vulkan püskürməsi zamanı palçıq təxminən 60 kvadratmetr sahəyə yayılıb. Hazırda vəziyyət sabitdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti