...

Azərbaycan Çində Ticarət Mərkəzi açacaq

Gündəm Materials 29 Yanvar 2018 13:18 (UTC +04:00)

Bakı. Azad Həsənov - Trend:

2018-ci ildə Çinin Şanxay şəhərində xüsusi iqtisadi zonada Azərbaycan Ticarət Mərkəzi açılacaq.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Sahibkarların sualına cavab verən nazir bildirib ki, artıq Çində Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir:

"Ümumilikdə nümayəndəliklərin sayı müxtəlif ölkələrdə 4-ə çatır. Bu ildən onların fəaliyyəti gücləndiriləcək".

Ş.Mustafayev əlavə edib ki, fevral ayında Çinə növbəti ixrac missiyasını göndərmək planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti