...

Azərbaycanda yeni telekanal açılır

Gündəm Materials 5 Mart 2018 16:55 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Azərbaycanda yeni telekanal açılır

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan Trend-ə verilən məlumata görə, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti