...

Azərbaycanda günəş enerjisi ilə işləyən avtomobillərlə bağlı riyazi model hazırlanıb

Gündəm Materials 16 Mart 2018 16:32 (UTC +04:00)
Azərbaycanda günəş enerjisi ilə işləyən avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırlanıb.
Azərbaycanda günəş enerjisi ilə işləyən avtomobillərlə bağlı riyazi model hazırlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda günəş enerjisi ilə işləyən avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasnın (AMEA) Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, model institutun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, elmlər doktoru Rauf Qardaşov tərəfindən hazırlanıb.

Alim bu gün “Günəş avtomobillərinin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması” mövzusunda etdiyi məruzə zamanı bunun iki modelin birləşməsindən ibarət olduğunu qeyd edib.

Alim bildirib ki, birinci model yolun ixtiyari nöqtəsində və zamanın istənilən anında avtomobilin panelinə düşən günəş enerjisini hesablama, ikinci model günəş avtomobilləri hərəkətinin riyazi modelidir. Avtomobilin hərəkəti ona təsir edən bütün əsas qüvvələr (dartı, ağırlıq, reaksiya və müqavimət), yolun əyrixətli trayektoriyası və relyefin panelə düşən günəş enerjisinə təsiri nəzərə alınaraq modelləşdirilib.

Seçilmiş yollar (Bakı-Şamaxı, Zaqatala-Tbilisi və Hamburq-Berlin) boyunca “SunRiser” günəş avtomobilinin hərəkəti simulyasiya edilib və monitorda vizuallaşdırılıb.

R.Qardaşov bu modelin gələcəkdə yaradılacaq günəş avtomobillərinin naviqasiya sisteminın əsasını təşkil edə biləcəyini diqqətə çatdırıb.

Mütəxəssisin fikrincə, bu model enerjidən optimal istifadə etməklə onların hərəkətinin idarə edilməsi - hərəkətin başlanğıc vaxtının seçimi, yol boyunca saxlanılması lazım olan optimal sürəti, dağ keçidlərinə çatma vaxtı (böyük miqdarda günəş enerjisi və ya tam doldurulmuş akkumulyatorlar, akkumulyatordan istifadə və onun doldurulma vaxtlarının seçimi) və s. bu kimi problemlərin həllində tətbiq edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti