...

Azarkeş: "Bizim üçün Azərbaycan gimnastları həmişə birincidirlər"

Gündəm Materials 28 Aprel 2018 19:11 (UTC +04:00)
"Bizim üçün Azərbaycan gimnastları həmişə birincidirlər".
Azarkeş: "Bizim üçün Azərbaycan gimnastları həmişə birincidirlər"

Bakı. Cani Babayeva - Trend:

"Bizim üçün Azərbaycan gimnastları həmişə birincidirlər".

Bunu Trend Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turnirinə tamaşa edən Milena Yefremova deyib.

O qeyd edib: "Bizim qızlara - Zöhrə Ağamirova, Veronika Qudis və digərlərinə azarkeşlik edirik. Azərbaycanın bütün gimnastlarına qələbə arzulayırıq. Bizim üçün onlar həmişə birincidirlər".

Azarkeş bildirib ki, Dünya Kuboku peşəkar səviyyədə təşkil olunub, heç bir nöqsan yoxdur:

"Mən Bakıda keçirilən bədi gimnastika yarışlarına uşaqlarımla mütəmadi gəlirəm. Bununla biz onlara idmana sevgi aşılayırıq. Ölkədə idmana böyük diqqət sayəsində yeniyetmələr və gənclər idman dünyasına daha çox cəlb olunurlar. Bu, çox yaxşı haldır".

Qeyd edək ki, Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti