...

Bakının əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq

Gündəm Materials 2 May 2018 15:14 (UTC +04:00)
Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.
Bakının əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

Ziya Bünyadov prospektində hərəkət qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü“nə qədər olan hissəsində ("20 Yanvar" metro stansiyası istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq (yol bağlı olmayacaq).

Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti