...

Yaşıllıqların mühafizəsi qaydaları dəyişildi

Gündəm Materials 17 May 2018 08:55 (UTC +04:00)
Nazirlər Kabineti yaşıllıqların mühafizəsi ilə bağlı yeni qərar verdi
Yaşıllıqların mühafizəsi qaydaları dəyişildi

Bakı. Trend:

Azərbaycanda yaşıllıqların mühafizəsi haqqında qanuna dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydası təsdiq edilib.

Qaydalara əsasən, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatlar toplanacaq. Həmçinin yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin ediləcək.

Məqsəd yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti