Bakı. Samir Əli - Trend:
Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.
Trend-in məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb Abşeron rayonuna gəlib.
Qeyd edək ki, Aygün Mustafayeva Şəkinin Baş Zəyzid kəndində, həyat yoldaşının qohumunun evindən itkin düşmüşdü. Trend-in əldə etdiyi məlumata görə, mayın 21-də axşam saatlarında qohumları onu Abşeron rayonu ərazisində tapıb və ailə üzvlərinə məlumat verib. Hazırda ailə üzvləri onu Şəkiyə gətirirlər.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və geri qayıtmayıb.