...

Bakının mərkəzi küçə və prospektlərində piyadalar üçün qoruyucu tumbalar quraşdırılır (FOTO)

Gündəm Materials 6 İyun 2018 14:35 (UTC +04:00)
Bakının mərkəzi küçə və prospektlərində piyadalar üçün qoruyucu tumbalar quraşdırılır.
Bakının mərkəzi küçə və prospektlərində piyadalar üçün qoruyucu tumbalar quraşdırılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb.

BNA-dan Trend-ə verilən məlumata görə, birinci mərhələdə 10 min ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır. Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq.

Tikinti-quraşdırma işlərinə 1 iyun 2018-ci il tarixində başlanılıb və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti