...

Aİ Şengen vizasının qiymətini artırır - YENİ QİYMƏT

Gündəm Materials 20 İyun 2018 13:09 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı Şengen vizasının dəyərini artırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, Avropa İttifaqı Şurası viza məcəlləsinə dəyişikliklər təklifi ilə bağlı danışıqlara başlayacaq.

Qeyd olunur ki, dəyişikliklərə əsasən viza üçün altı ay əvvəlcədən və səfərə azı 15 gün qalanadək müraciət etmək olar.

Dəyişikliklərdən sonra Şengen vizasının qiymətinin 80 avroyadək artırılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti