...

Dünyada 26 minə yaxın şəxs vəbaya tutulub - Daha çox hansı ölkələrdə?

Gündəm Materials 27 İyun 2018 16:20 (UTC +04:00)
2018-ci ilin əvvəlindən dünyanın 26 ölkəsində 26 minə yaxın şəxs vəba xəstəliyinə yoluxub
Dünyada 26 minə yaxın şəxs vəbaya tutulub - Daha çox hansı ölkələrdə?

Bakı. Trend:

2018-ci ilin əvvəlindən dünyanın 26 ölkəsində 26 minə yaxın şəxs vəba xəstəliyinə yoluxub.

Trend-in məlumatına görə, xəstəlik əsasən Afrika ölkələrində geniş yayılıb.

Belə ki, Konqo Demokratik Respublikasında 11,1 min, Nigeriyada 5 mindən çox, Somalidə 1,6 min, Keniyada 1,1 min vəbaya yoluxma halı qeydə alınıb.

Hazırda Nigeriyanın iki ştatında epidemiyanın davam etdiyi deyilir. Adamava və Borno ştatlarında 2 mindən çox yoluxma halı qeydə alınıb. Epidemiloji vəziyyət təmiz suyun çatışmazlığı ilə əlaqədar pisləşməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti