...

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri 2 günə elan ediləcək

Gündəm Materials 19 İyul 2018 14:27 (UTC +04:00)
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri 2 günə elan ediləcək
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri 2 günə elan ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri 2 günə elan ediləcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilir ki, abituriyentlər, valideynlər, müəllimlər, ekspertlərqəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

Bildirilib ki, yaxın günlərdə abituriyentlər, müəllimlər, ekspertlər, valideynlər I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir.

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti