...

"Azərenerji" ötən gün Bakıda bəzi yerlərdə elektrik enerjisinin kəsilməsi SƏBƏBİNİ açıqladı

Gündəm Materials 21 İyul 2018 11:16 (UTC +04:00)
"Azərenerji" ASC iyulun 20-də axşam saatlarında Bakıda bəzi ərazilərin elektrik enerjisiz qalmasına münasibət bildirib
"Azərenerji" ötən gün Bakıda bəzi yerlərdə elektrik enerjisinin kəsilməsi SƏBƏBİNİ açıqladı

Bakı. Samir Əli - Trend:

"Azərenerji" ASC iyulun 20-də axşam saatlarında Bakıda bəzi ərazilərdə elektrik enerjisi verilişində fasilə yaranmasına münasibət bildirib.

Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, həmin gün saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.

Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb: "Eyni zamanda bildiririk ki, “Azərişıq” ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti