...

Bərdədə 6 yaşlı uşağı elektrik cərəyanı vurub öldürdü

Gündəm Materials 30 İyul 2018 10:52 (UTC +04:00)
Bərdə rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Bərdədə 6 yaşlı uşağı elektrik cərəyanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Dəymədağıldı kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Pünhan Kərimov atası Ziyad Kərimovla birlikdə babası Bayram Kərimova məxsus həyətə gəlib.

Ziyad Kərimov həmin həyətdə su yelləncəyindən su vurarkən uşaq nəzarətsiz qalıb və bu zaman P.Kərimov yaxınlıqda olan su motoruna gələn elektrik naqilinin qurğuya birləşən hissəsinə toxunaraq naqili əli ilə sıxıb.

Hadisə nəticəsində P.Kərimovu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci( ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti