...

Son 3 ay ərzində tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub

Gündəm Materials 21 Sentyabr 2018 15:39 (UTC +04:00)
Son 3 ay ərzində ETSN-in Qaynar xəttinə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub.
Son 3 ay ərzində tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət  daxil olub

Bakı. Samir Əli - Trend:

Son 3 ay ərzində ETSN-in Qaynar xəttinə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, 16 tikinti obyekti üzrə araşdırmalar aparılıb və tədbirlər görülüb: "Tullantıların düzgün idarə olunmamasına görə “Azadlıq Residence” MMC, “Cavid-2016” MMC, “Elite City” MMC barəsində protokollar tərtib edilərək məsuliyyətə cəlb olunublar. Eyni zamanda “Bina” MTK, “Bizim Ev” MMC, “Pilot-İnşaat A” MMC, “Retro Holding” MMC, “Azəri Tikinti Şirkəti” MMC, “İlk İnşaat Taahhüt Sanayi və Ticarət Anonim” Şirkəti, “Grand Plaza” MMC, “Malibo” MMC, “Araz-2011A” MMC, “N-Turan” MMC, “Kəmər İnşaat” MMC, və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilib".

Nazirlik rəsmisi bildirib ki, ETSN bu obyektlərin bağlanmasının tərəfdarı deyil:

"Heç kimin belə fikri yoxdur ki, tikintilər dayandırılsın, karxanalar olmasın. Bu mümkün deyil. Şəhərimizdə böyük tikinti işləri aparılır, şəhərimiz gözəlləşir, bunlar göz gabağındadır. Lakin bu gözəl işlər, gərək əhalinin səhhətinə mənfi təsir göstərməsin. Məqsədimiz ondan ibarətdir ki, istənilən fəaliyyət qəbul olunmuş ekoloji normativlərə uyğun aparılsın. Olmaz ki, həm abadlaşma, tikinti işləri aparılsın, həm də insanların rahatlığına, sağlamlığına zərər gəlməsiт? Əlbəttə ki olar. Buna görə müxtəlif qoruyucu texnologiyalar mövcuddur. Bu sahədə çalışan şəxslər öz fəaliyyətlərini qəbul olunmuş ekoloji normalara uyğun qurmalıdırlar.

Nazirliyimiz tərəfindən bu məsələyə ciddi nəzarət var. Buna görə də qısa müddətdə bu sahədə artıq dönüş yaranmalıdır. Və dediyimiz kimi qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır. Hər bir vətəndaşın təmiz ətraf mühitdə yaşamaq hüququ var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti