...

Kafedə dostunu bıçaqlayan şəxsə 4 il cəza verildi

Gündəm Materials 2 Oktyabr 2018 12:45 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Vüsal Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Kafedə dostunu bıçaqlayan şəxsə 4 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Vüsal Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Qurbanov 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində “Odlar Yurdu” kafesində V.Qurbanov tanışı Tələt Həsənovla yeyib-içərkən T.Həsənov həmin kafedə olan 2 qadına söz atıb. Tanışının bu hərəkəti V.Qurbanova xoş gəlməyib və ona iradını bildirib.

Daha sonra tanışlar mübahisə edib. Nəticədə V.Qurbanov T.Həsənovu bıçaqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti