...

Azərbaycan Ordusunun Kimya Qoşunlarında xüsusi texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub (FOTO)

Gündəm Materials 6 Oktyabr 2018 12:48 (UTC +04:00)

Bakı. Trend:

Kimya Qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümi istismarı şəraitinə keçidi təşkil olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müxtəlif təlim nöqtələrində keçirilən məşğələnin əsas məqsədi xüsusi texnikalara mövsümi qulluq göstərilməsi zamanı hərbi qulluqçular tərəfindən görüləcək işlərin həcmini və ardıcıllığını praktiki şəkildə nümayiş etdirmək, eləcə də bu sahədə şəxsi heyətin bilik və bacarıqlarını artırmaq olub.

Hərbi hissənin sıra meydanı və parkında keçirilən məşğələdə texniki heyət məşğələ rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti