...

Bakıda 18 yaşlı gəlin itkin düşdü

Gündəm Materials 8 Oktyabr 2018 17:17 (UTC +04:00)
Bakıda gəlin itkin düşüb.
Bakıda 18 yaşlı gəlin itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda gəlin itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu G.Şıxlinski küçəsi, ev 59-da yaşayan 1988-ci il təvəllüdlü Rzayev Emin Bəylər oğlu Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 3-də səhər saat 10 radələrində onunla eyni ünvanda yaşayan həyat yoldaşı, 2000-ci il təvəllüdlü Həsənova Səbinə Rasim qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti