...

ETSN: Sürüşmə zonasında ara-sıra uçqunlar müşahidə edilir

Gündəm Materials 14 Oktyabr 2018 23:39 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 21:00-a olan vəziyyət barədə məlumat açıqlayıb
ETSN: Sürüşmə zonasında ara-sıra uçqunlar müşahidə edilir

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 21:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitoriqin nəticələrinə əsasən gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib. Ara-sıra uçqunlar müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti