...

QMİ sədri: Azərbaycanda dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir

Gündəm Materials 25 Oktyabr 2018 17:58 (UTC +04:00)
Şükürlər olsun ki, Azərbaycanda daxili sabitlik mövcuddur. Ölkəmizdə dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir.
QMİ sədri: Azərbaycanda dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir

Bakı. İlhamə İsabalayeva - Trend:

Şükürlər olsun ki, Azərbaycanda daxili sabitlik mövcuddur. Ölkəmizdə dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" plenar sessiyasında çıxışı zamanı deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda multikultural dəyərlərə həm dövlət, həm də xalq tərəfindən çox böyük önəm verilir:

"Çünki Azərbaycan xalqı humanist xalqdır. Xalqımız başqa dinlərə, başqa dövlətlərdə yaşayanlara qarşı loyal olub".

Prezident İlham Əliyevin 2016-2017-ci illəri "Multikulturalizm" və "İslam Həmrəyliyi İli" elan etdiyini xatırladan A.Paşazadə Azərbaycan xalqının tolerant xalq olduğunu xüsusi vurğulayıb:

"Həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə inkişaf üçün Azərbaycanda hər bir şərait var. Azərbaycanda dinlərarası əlaqələrin mərkəzini yaratmışıq. Bu mərkəzə dünyanın bir çox dövlətlərindən nümayəndələr gəlirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti