...

Əməliyyat keçirildi - Axtarışda olan şəxslər saxlanıldı

Gündəm Materials 3 Noyabr 2018 11:53 (UTC +04:00)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.
Əməliyyat keçirildi - Axtarışda olan şəxslər saxlanıldı

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti