...

Kürdəmirdə 32 yaşlı kişi kirayə qaldığı evdə arvadını ölümcül bıçaqladı

Gündəm Materials 13 Noyabr 2018 09:44 (UTC +04:00)
Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlayıb.
Kürdəmirdə 32 yaşlı kişi kirayə qaldığı evdə arvadını ölümcül bıçaqladı

Bakı. Samir Əli - Trend:

Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlayıb.

Trend-in məlumatına görə, rayonun İsmət Qayıbov küçəsində baş verib.

Həmin küçədə kirayədə yaşayan 1986-cı il təvəllüdlü Babayev Anar Qəhrəman oğlu şəxsi münasibətlər zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babayeva Dursədəf Əmirşah qızını mətbəx bıçağı ilə bel nayihəsi, qarın boşluğu və bədənin digər hissələrindən bir neçə dəfə bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə Kürdəmir rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən A.Babayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti