...

Azərbaycana narkotik vasitə keçirməyə cəhd edən İran vətəndaşları saxlanılıb (FOTO)

Gündəm Materials 23 Noyabr 2018 09:47 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­liyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Azərbaycana narkotik vasitə keçirməyə cəhd edən İran vətəndaşları saxlanılıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­liyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 19 noyabr tarixində “Biləsuvar” dövlət sərhə­din­dən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR və­təndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sər­həd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılıblar.

2018-ci ilin 20 noyabr tarixində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qara­vul­daş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd “Meta­don” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti