...

Rusiyanın müraciətindən sonra Şəmkirdə qanunsuz bitki mühafizə vasitələri və tərəvəz toxumları aşkar edilib (FOTO)

Gündəm Materials 23 Noyabr 2018 15:16 (UTC +04:00)
AQTA Şəmkirdə qanunsuz olaraq satılan bitki mühafizə vasitələri və tərəvəz toxumları aşkar edib
Rusiyanın müraciətindən sonra Şəmkirdə qanunsuz bitki mühafizə vasitələri və tərəvəz toxumları aşkar edilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

AQTA Şəmkirdə qanunsuz olaraq satılan bitki mühafizə vasitələri və tərəvəz toxumları aşkar edib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Rusiyada müasir tərəvəz sortlarının toxumçuluq və seleksiyası ilə məşğul olan və satışını reallaşdıran şirkətlər Agentliyə müraciət edib. Müraciətdə qeyd olunur ki, Şəmkir rayonunda onlara məxsus əmtəə nişanı altında KURAJ F1 hibridinin saxta qablaşdırmada olan saxta toxumları satılır.

Bununla bağlı Agentliyin əməkdaşları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlilikdə Şəmkir rayonu, Kür qəsəbə yolu ünvanında Məmmədov Zeynalabdin Məcid oğluna məxsus “Məcidoğullar” mağazasına baxış keçirib. Baxış zamanı məlum olub ki, qaldırılan məsələ ilə yanaşı adıçəkilən ünvanda xeyli sayda mənşəyi məlum olmayan, ölkədə qeydiyyata alınmayan, istifadə müddəti bitmiş bitki mühafizə vasitələri, aqrokimyəvi vasitələr, pestisidlər və tərəvəz toxumları satılır. Faktla bağlı protokol tərtib olunub və bu əməllərlə məşğul olan şəbəkənin aşkar edilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti