...

“Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb, sahibi həbs olunub

Gündəm Materials 18 Dekabr 2018 18:14 (UTC +04:00)
Nəsmi rayonunda “Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb.
“Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb, sahibi həbs olunub

Bakı. Samir Əli - Trend:

Nəsmi rayonunda “Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində Tamilla Axundovanın tamah niyyəti ilə nəvəsi Eldar Əfəndiyev tərəfindən qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunda davam etdirilir.

İstintaq zamanı təqsirləndirilən şəxs E.Əfəndiyev ifadəsində cinayət yolu ilə əldə etdiyi əmlakı satıb pul əldə etdikdən sonra tanışı ilə birlikdə paytaxtın Nəsimi rayonu ərazisində “Masaj” adı ilə fəaliyyət göstərən obyektə gələrək orada pul müqabilində təqdim olunan qadınlarla intim əlaqədə olduqlarını bildirmişdir.

Qeyd edilən xüsusatın istintaq yolu ilə araşdırılması zamanı müəyyən edilmişdir ki, 1984-cü il təvəllüdlü Güləndam Murtuzova 2017-ci ilin sentyabr ayından etibarən həmin obyektin yerləşdiyi iki otaqlı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək şərait yaratmış və müxtəlif məbləğlər qarşılığında qadınların ayrı-ayrı kişilərlə intim münasibətdə olmasını təşkil etmişdir.

G.Murtuzova Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti