...

Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Gündəm Materials 18 Yanvar 2019 11:20 (UTC +04:00)
Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.
Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Bakı. Samir Əli - Trend:

Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti