...

Məscidlərdə imamlara siqaret qadağası - Əks təqdirdə...

Gündəm Materials 28 Yanvar 2019 11:54 (UTC +04:00)
Türkiyə məscidlərində imamlara siqaret çəkmək qadağan olunub
Məscidlərdə imamlara siqaret qadağası - Əks təqdirdə...

Bakı. Trend:

Türkiyə məscidlərində imamlara siqaret çəkmək qadağan olunub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Dini İşlər üzrə İdarəsi qərar verib.

İdarənin sədri Əli Erbaş bildirib ki, siqaret çəkmək haramdır və din xadimləri tütün məmulatları istifadə etməməlidir.

O əlavə edib ki, bir neçə gün bütün imamlara siqaret çəkənlərin Həcc ziyarəti zamanı qruplara rəhbərlik edə bilməyəcəkləri barədə xəbərdarlıq göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti