...

Polisin əmrinə tabe olmayan qadın sürücü QƏZA törətdi (VİDEO)

Gündəm Materials 29 Yanvar 2019 14:03 (UTC +04:00)
Bakıda ani diqqətsizlik qəzaya səbəb olub.
Polisin əmrinə tabe olmayan qadın sürücü QƏZA törətdi (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ani diqqətsizlik qəzaya səbəb olub.

Qəza şahidlərinin Trend-ə verdiyi məlumata görə, hadisə Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçə və prospektlərdə nəqliyyat axınını nizamlamaq üçün DYP əməkdaşı yollardan birini bağlayıb. Azadlıq prospektində hərəkət dayansa da, "KİA"nın qadın sürücüsü əmrə tabe olmayıb və həmin anda Cəfər Xəndan küçəsindən prospektə tərəf hərəkət edən "Hyundai" markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində yüngül xəsarət alan "Kia"nın sürücüsünə ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti