...

Bakı-Şamaxı yolunda qəza - "Toyota" iki yerə bölündü (VİDEO)

Gündəm Materials 18 Fevral 2019 13:51 (UTC +04:00)
Bakı-Şamaxı yolunda ağır qəza baş verib
Bakı-Şamaxı yolunda qəza - "Toyota" iki yerə bölündü (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Şamaxı yolunda ağır qəza baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gün saat 17:00 radələrində Qobustan rayonunun Qobustan (keçmiş Mərəzə) qəsəbəsinin ərazisinə düşən yolda baş verib.

Rayondan Bakıya gələn "Toyota Pickup" markalı avtomobil yolda beton arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobil iki yerə bölünüb. Hadisə nəticəsində sürücü başından xəsarətlər alıb, qəza yerinə gələn təcili tibbi yardım ona ilkin tibbi yardım göstərib.

İlkin ehtimallara görə, hadisəyə səbəb yolun buz bağlaması olub, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti