...

Qeydiyyata alınmayan binalardan mənzillərin satılmasının qadağan edilməsi təklif edilir

Gündəm Materials 28 Fevral 2019 13:54 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dövlət reyestrində qeydiyyata alınmayan binalardan mənzillərin satılmasını qadağan etməyi təklif edir.
Qeydiyyata alınmayan binalardan mənzillərin satılmasının qadağan edilməsi təklif edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dövlət reyestrində qeydiyyata alınmayan binalardan mənzillərin satılmasını qadağan etməyi təklif edir.

Trend-in məlumatına görə, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.

Məruzədə təklif edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına və məskunlaşmaya qadağa qoyulsun.

Bununla yanaşı, aztəminatlı ailələrə məxsus olan və təbii köhnəlmə nəticəsində yararsız və qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin bərpası və ya əsaslı təmir olunması üçün mexanizmin hazırlanması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti