Bakı. Trend:
Novruz bayramı ilə əlaqədar olaraq bu gündən Bakıda 14 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılıb.
Trend-in məlumatına görə, Novruz yarmarkaları Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.
Trend bayram yarmarkasından fotoları təqdim edir:
FOTO: Zaur Mustafayev