Bakı. Trend:
Rusiya Təhsil Nazirliyi Mərkəzi Bankla birgə ölkənin uşaq bağçalarında azyaşlılara maliyyə savadlılığının tədris olunması barədə layihə hazırlayıb.
Trend-in məlumatına görə, layihə ilə bağlı tövsiyələr Rusiyanın bütün regionlarına göndərilib.
Qeyd olunur ki, bu dərslər 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq.
Dərslərin səhnəciklər, nağıllar, tematik oyunlar şəklində keçirilməsi planlaşdırılır. Bu cür dərslərin uşaqlarda məsuliyyət, özünəinam kimi hisslərin artmasına səbəb olacağı deyilir.