...

Ölkənin milli parklarında "açıq qapı" günü olacaq (FOTO)

Gündəm Materials 19 Aprel 2019 11:24 (UTC +04:00)
“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək
Ölkənin milli parklarında "açıq qapı" günü olacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, həmin günlərdə ziyarətçilər Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək: "Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyirsinizsə, milli parklarımıza səyahət edin. Milli parklara səyahət etməklə siz flora və faunanı daha yaxından seyr edə və təbiət obyektləri barədə ətraflı məlumat ala bilərsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti