...

Bakıda parkda 48 yaşlı kişi qarət olunub

Hadisə Materials 24 Aprel 2019 21:30 (UTC +04:00)
Bakı sakini küçədə qarət olunub.
Bakıda parkda 48 yaşlı kişi qarət olunub

Bakı. Samir Əli - Trend:

Bakı sakini küçədə qarət olunub. Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindəki parkda baş verib.

1971-ci il təvəllüdlü Bəkirov Əliyar Əlsuvarv oğlu gecə saatlarında parkda olarkən Ağayev Cuanşir Kommunist oğlu və Paşayev Vüqar Şaban oğlu onun qarşısını kəsərək hədələyiblər. Daha sonra 230 manat pulunu götürüb hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti