Bakı. Samir Əli - Trend:
Bakıda metronun "Həzi Aslanov" stansiyasının tunelin tavanından su sızmağa başlayıb.
Trend-in məlumatına görə, susızması stansiyanın giriş hissəsindəki tuneldə müşahidə edilib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sızmaya səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır:
"Hadisə ilə bağlı dərhal "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. "Azərsu" əraziyə qəza xidmətini göndərib. Hazırda problem aradan qaldırılır".
B.Məmmədov bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmur: "Nə sərnişin axınında, nə də qatarların hərəkətində problem yoxdur".