Bakı. Samir Əli - Trend:
Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Daxil olan məlumat əsasında paytaxtın Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Qaradağ küçəsi 5 saylı ünvanın qarşısında İran İslam Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Mohammadnia Valieh Dahaz qızı saxlanılıb.
Əməliyyat zamanı onun üzərindən satış məqsədilə gəzdirdiyi 277 ədəd metadon həbi və 11,08 qram narkotik vasitə aşkar edərək götürülüb.