...

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb (FOTO)

Gündəm Materials 17 May 2019 12:24 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb.

Trend-in məlumatına görə, gimnastların böyüklər üzrə fərdi proqramda halqa və topla hərəkətlərdə çıxışları olacaq.

Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti