...

BBC: Bu gün Bakıda fantastik matç keçiriləcək

Gündəm Materials 29 May 2019 19:15 (UTC +04:00)
Bu gün Bakıda “Çelsi” və Arsenal arasında fantastik matç keçiriləcək
BBC: Bu gün Bakıda fantastik matç keçiriləcək

Bakı. Ləman Zeynalova - Trend:

Bu gün Bakıda "Çelsi" və "Arsenal" arasında fantastik matç keçiriləcək.

Trend-in məlumatına görə, bunu BBC-nin idman müxbiri Devid Ornşteyn deyib.

O, Bakıdan videoreportaj təqdim edib:

“Azərbaycanın paytaxtı, günəşli Bakıya xoş gəlmisiniz. Fikirləşə bilərsiniz ki, niyə bu iki komanda futbol oynayıb qayıtmaq üçün 5500 mil yol qət edir. İki il əvvəl təşkilatçılar final matçının Bakıda keçirilməsini qərara alıb. Bu, fantastik matç olmalıdır və stadion da möhtəşəm görünür”.

Qeyd edək ki, bu gün saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal" komandaları qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti