...

Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

Gündəm Materials 21 İyun 2019 12:58 (UTC +04:00)
Həsən Əliyev küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq
Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

Bakı. Samir Əli - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti