...

Bakıda 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb (FOTO)

Gündəm Materials 31 İyul 2019 12:25 (UTC +04:00)
Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.
Bakıda 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

Trend-in məlumatına görə, daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub.

Yeni pavilyonların quraşdırılması ilə yanaşı, mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti