Bakı. Elçin Mehdiyev - Trend:
Tərtər Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində körpü-tunel tikintisi ilə məşğul olan təşkilata məxsus traktor qazıntı işləri zamanı orta təzyiqli qaz xəttini zədələyib.
Bu barədə Trend-ə "Azəriqaz"dan məlumat verilib.
Yaranmış vəziyyətə görə axşam saat 15.30-dan etibarən 12 kəndin qaz təchizatı dayandırılıb.