...

Ucarda suda batan şəxsin meyiti tapılıb

Gündəm Materials 30 Avqust 2019 12:21 (UTC +04:00)
Ucarda suda batan şəxsin meyiti tapılıb
Ucarda suda batan şəxsin meyiti tapılıb

Bakı. Samir Əli - Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan kanalının Ucar rayonundan keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin kanalda batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1951-ci il təvəllüdlü Əliyev Oqtay Həmid oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti