Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 719 nəfər könüllü olaraq qan verib.
Bu barədə Səhiyyə Nazirliyindən Trend-ə bildirilib.
Nazirlikdən qeyd edilib ki, saat 16:30-a olan məlumata əsasən, bu şəxslərdən 2573 litr qan tədarük olunub.
Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.