...

Sumqayıtda zəncirvari qəza - 2 qadın və 1 kişi xəstəxanalıq oldu

Gündəm Materials 26 Sentyabr 2019 13:57 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sumqayıtda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında Sumqayıtın Babək küçəsində bir neçə avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəstəxanaya çatdırılanlardan biri Sumqayıt sakini, digərləri isə Bakı sakinləridir.

Onlar, 1971-ci təvəllüdlü İmanov Mehman Şükür oğlu döş qəfəsinin küt travması, 1970-ci il təvəllüdlü Qarayeva Pərvanə Rafiq qızı döş qəfəsinin küt travması və 2001-ci il təvəllüdlü Musayeva Aişə Şəadət qızı burundan sınıq xəsarətləri alıblar.

Həkimlərin ilkin tibbi yardımından sonra M.İmanov və P.Qarayeva ambulator müalicəyə yola salınıblar, A.Musayeva isə travma xəstəxananın travma şöbəsində müalicəsini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti