...

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb

Gündəm Materials 22 Noyabr 2019 11:22 (UTC +04:00)
Ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib.
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti