...

Aviaşirkətlərə subsidiya verilsin - TƏKLIF

Gündəm Materials 29 Noyabr 2019 14:43 (UTC +04:00)
Azərbaycanda digər aviaşirkətlərə də ("AZAI"dan başqa) Bakı ilə yanaşı, ölkənin digər turizm regionlarına uçuş yerinə yetirməsi məqsədilə mütləq dərəcədə subsidiyalar verilməlidir.
Aviaşirkətlərə subsidiya verilsin - TƏKLIF

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda digər aviaşirkətlərə də ("AZAI"dan başqa) Bakı ilə yanaşı, ölkənin digər turizm regionlarına uçuş yerinə yetirməsi məqsədilə mütləq dərəcədə subsidiyalar verilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbayan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, bu sahədə subsidiya siyasəti tətbiq olunmasa, aviaşirkətləri rayonlara yönəltmək çətin olacaq: "AZAL"ın bu sahədə xidmətlərini unutmaq olmaz. Amma daha aşağı büdcəli digər aviaşirkətləri də rayonlara uçuşlara cəlb etmək çox önəmlidir. Bu da gələcəkdə hava nəqliyyatı ilə ölkəyə turistlərin gəlməsini sürətləndirəcək. Edilən şikayətlər arasında hava yollarının biletlərinin kifayət qədər bahalı olması da mühüm amillərdən biri kimi tərəfimizdən müzakirə olunur. Bu istiqmətdə qiymətlərin aşağı salınması və digər işlərin görülməsi ilə bağlı Dövlət Turizm Agentliyi ilə müzakirə aparılır. Yaxın gələcəkdə tətbiq ediləcək yardım və dəstək mexanizmləri müzakirə olunmaqdadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti