...

Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək

Gündəm Materials 25 Fevral 2020 11:23 (UTC +04:00)
Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək

Bakı. Samir Əli - Trend:

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu məqsədlə 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti